İlham Əliyev Çexiya xarici işlər nazirini qəbul edib

Ilham-2

Prezident İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XALQ.AZ-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, təhsil, mədəniyyət, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğu bildirilib.

Görüşdə həmçinin ikitərəfli əlaqələrin daha intensiv xarakter almasından məmnunluq ifadə edilib, Çexiya xarici işlər nazirinin Bakıya səfərinin bu əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığı vurğulanıb.