İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mixail Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ sərəncamın mətnini təqdim edir:

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mixail Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilsin”.