İlham Əliyev 5 sərəncam imzaladı – Yeniləndi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İqor Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ sərəncamın mətnini təqdim edir:

“Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Anatolyeviç Ponomaryov “Şöhrət” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin təqdim edəcəkləri xüsusi proqramlara əsasən milli yığma komandaların XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında və Paralimpiya Oyunlarında iştirakını, eləcə də digər tədbirlərin həyata keçirilməsini təmin etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsrafil Qurbanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tahir Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabir İlyasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov 2-ci dərəcəli “Vətənə xid