İlham Əliyev sərəncam imzaladı

Ilham-1

Prezident İlham Əliyev Sadıq Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, 2014-cü ilin sentyabr ayında Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Hacıyarəli oğlu Rəhimovun anadan olmasının 100 illiyi tamam olur.

Sadıq Rəhimov uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə səmərəli xidmətləri və Azərbaycan hökumətinin rəhbəri kimi təqdirəlayiq fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr verib.

Sərəncama əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Sadıq Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.