İlham Əliyev Soçidə Putinlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

XALQ.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, görüş oktyabrın 3-də Soçidə “Valday” beynəlxalq diskussiya klubunun sessiyası çərçivəsində baş tutacaq.

“Valday” beynəlxalq diskussiya klubunun sessiyasında Azərbaycan Prezidenti ilə yanaşı, İordaniya kralı II Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filippin Prezidenti Rodriqo Duterte də iştirak edəcəklər.

O qeyd edib ki, Rusiya Prezidenti adıçəkilən dövlət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

“Valday” beynəlxalq diskussiya klubunun XVI illik iclası sentyabrın 30-dan oktyabrın 3-dək Soçidə təşkil olunacaq.