Ilham Əliyev təxminən75-80% səs toplaya biləcək

001

 

“Prezident seçkilərində İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında məşhur şəxslərin iştirakı ilə video-çarxlar yaradılacaq. Həmin video-çarxlarda bu adamlar İlham Əliyevi dəstəkləyən qısa çıxışlar edəcəklər”. Modern.az-ın məlumatına görə, bunu YAP icra katibi, deputat Əli Əhmədov deyib.

Əli Əhmədovun sözlərinə görə, İlham Əliyev kifayət qədər seçici ilə görüşüb. “Görüşlər İlham Əliyev üçün, seçki üçün, seçilmək üçün deyil, insanlarla görüşmək, dövlətə, insanlara xidmət məqsədilə təşkil olunur”.
YAP icra katibi builki seçkilərdə təşkil olunan aksiyalara da toxunaraq “YAP bu ilki seçkilərə kütləvi aksiyalarla başlamayıb. Bu da yeni texnologiyalarla bağlıdır. 2003-2008-ci ildə prezident seçkilərinə kütləvi aksiyalarla start verilirdisə, bu dəfə artıq bölgələri əhatə edəcək görüşlər keçiriləcək”, – deyə vurğulayıb.

Prezident İlham Əliyevin nə qədər səs toplayacağına da toxunan YAP rəsmisi qeyd edib ki, qeyri-hökumət təşkilatları tərəfindən keçirilən sorğularda dövlət başçısına seçicilərin təxminən 75-80%-nin dəstək verəcəyi bildirilib. Əli Əhmədov rəy sorğularına hörmətlə yanaşmağın vacib olduğunu da vurğulayıb.
“İlham Əliyev seçkiqabağı çox böyük fərqlə rəqiblərini üstələyir”.