İlham Əliyev TBMM sədri ilə

Ilham-1

Prezident İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) iclasında iştirak etmək üçün Bakıda gələn Türkiyə Böyük Milllət Məclisinin sədri Cəmil Çiçəyi qəbul edib.

XALQ.AZ-ın məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasındakı mövcud dostluq və qardaşlıq əlaqələri müzakirə edilib, iki dövlətin parlamentlərarası əlaqələrinin daha da genişləndiriləcəyindən söhbət açılıb. TBMM-nin Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqqlı mövqeyini dəstəklədiyi ifadə olunub.

Qeyd edək ki, Bakıda Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) 5-ci plenar iclası başlayıb.
Türkdilli Ölkələrin Parlament Assambleyasına sədrlik Türkiyədən Azərbaycana keçib.

TürkPA-ya 4 ölkə – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.