İlham Əliyev Tovuzda açılışlar etdi – FOTO

12:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gedib.

XALQ.AZ xəbər verir ki, dövlət başçısı Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.

***

Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev muzeylə tanış olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub.

XALQ.AZ xəbər verir ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

***

Martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış olub.

***

Martın 4-də Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışı olub.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

XALQ.AZ