İlham Əliyev yalnız Azərbaycanın deyil, bütün türk dünyasının lideridir

 

02

Xalq.az xəbər verir ki, Sabirabad rayonunda prezidentliyə namizəd cənab İlham Əliyevin seçki qərargahının üzvlərinin Ulucalı, Axısxa-Surra və Nizami kəndlərində seçicilərlə təntənəli görüşləri keçirildi.

Görüşlərdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Nadir Quliyev, Milli Məclisin deputatı Rüstəm Xəlilov, YAP İdarə heyətinin üzvü Yusif Hümbətov seçicilərlə səmimi söhbətlərində bir daha əmin oldular ki, Sabirabad sakinləri mütləq səs çoxluğu ilə cənab İlham Əliyevə səs verəcəklər.

06