İlham Əliyevdən Respublika Günü ilə bağlı paylaşım – Foto

Azərbaycan Prezidenti İlham Əliyev “Facebook” sosial şəbəkəsində Respublika Günü münasibətilə paylaşım edib.

XALQ.AZ dövlət başçısının paylaşımını təqdim edir:

“Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”.

XALQ.AZ