İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı inkişaf edən ölkələrindən birinə çevilib

 

23

«Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib». Bu fikri Milli Məclisin sədri Oqtay Əsədov deyib.
O.Əsədov bildirib ki, bu inkişaf dövlət büdcəsində də özünü ehtiva edir. Onun sözlərinə görə, 2014-cü ilin büdcə layihəsinə parlamentin bütün komitələri müsbət rəy verib.
«Bir müddətdir ki, gələn ilin dövlət büdcəsinin layihəsi kütləvi informasiya vasitələrində dərc olunub və ictimai müzakirəyə çıxarılıb. Artıq parlamentin plenar iclasında da büdcə müzakirələrinə başlanıb. Hesab edirəm ki, 2014-cü ilin büdcə layihəsi Azərbaycan iqtisadiyyatının sabit inkişafının göstəricisidir»- deyə, spiker vurğulayıb.