İlham Əliyevin nəvəsinin ad günü tortu (FOTO)

Tort

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın oğlu Aydının ötən gün 2 yaşı tamam olub.

XALQ.AZ-ın məlumatına görə, aktiv sosial şəbəkə istifadəçisi olan Arzu Əliyeva ötən gün bu barədə “Facebook” səhifəsində qısa video-rolik paylaşaraq bildirmişdi. Bir neçə saat əvvəl isə o, balaca Aydının ad günü üçün üzərində 2 rəqəmi və “Ad günün mübarək” yazılan xüsusi zövqlə hazırlanmış tort şəklini paylaşıb.

Xatırladaq ki, Arzu Əliyeva və Moskvada yaşayan azərbaycanlı iş adamı Səməd Qurbanov 2011-ci ildə sentyabr ayının 3-ü ailə həyatı qurublar. Cütlüyün 1 oğul övladı var.

Tort