İlham Əliyevin qələbəsi Gürcüstanın inkişafı deməkdir

 

44

“Azərbaycanın Gürcüstan üçün etdiklərini qardaş-qardaşa etməyib”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Qardabanidə azərbaycanlılarla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan nəinki Cənubi Qafqazda, eləcə də bütün Qafqazda öz sözünü deyən ən böyük və güclü dövlətdir: “ Azərbaycan dövləti Gürcüstanın çətin vaxtlarında elə bir iş görüb ki, qardaş-qardaşa bunu etməyib. Bu, tarixi hadisə idi. Bunu unutmağa bizim haqqımız yoxdur və unuda bimərik. İlham Əliyevin yenidən prezident seçilməsi məni çox sevindirdi. Onun qələbəsi Gürcüstanın inkişafı deməkdir”.