İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşü keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcəkdir. 

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaqdır.

XALQ.AZ xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.