İlham Əliyevlə Ərdoğan hansı məsələləri müzakirə edəcək?

Erdogan-1

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. Çətin və maraqlı seçkidən sonra Çankaya Köşkünə yerləşən Ərdoğan ailəsi hələ köşkündə qərar tutmamış prezidentin səfərləri başlayıb. Ərdoğan bu gün tərfdarları qarşısında təcili işə başlamasını onunla belə bir zamanda vaxt itirməyin qətiyyən qol verilməz olması ilə əsaslandırıb: “İşləmək və dövlətin adını yüksəltmək lazımdır”.

XALQ.AZ-ın məlumatına görə, prezident seçkisindən səslərin 50 faizdən çoxunu qazanan Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də Azərbaycana səfər edəcək. Prezident kürsüsünə sahib olan Ərdoğanın dövlət başçısı olaraq səfər edəcəyi ilk ölkənin Azərbaycan olması təsadüfü deyil. Baş nazir olduğu zamanlarda da Azərbaycana olan xüsusi sevgi və hörmətlə yanaşan Rəcəb Tayyib Ərdoğan bütün seçkilərdən sonra ilk səfərini məhz Bakıya edib.

Azərbaycan prezidenti İlham Əliyevdə prezident seçkisindən sonra ilk səfərini qardaş Türkiyəyə etmişdi. Artıq bir ənənə halını alan bu səfərlər əslində hər iki dövlətin eyni köklərə malik olduğunu, dostuq münasibətlərinin qorunub saxlanılmasına bir işarədir.

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident kürsüsündə oturar-oturmaz Azərbaycana səfərə gəlməsi isə əlaqələrin daha da möhkəmləndirərək yeni uğurların əldə edilməsinə şərait yaradacağı şübhəsizdir.

2-3 sentyabr tarixlərində dövlət başçısı İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında baş tutucaq görüşdə hər iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektləri, iki ölkə arasındakı əməkdaşlıq, həmçinin Türkiyə ilə Azərbaycanın müştərək mənfəətlərini əks etdirən beynəlxalq və regional hadisələrin müzakirəsi gözlənilir.