İlham Mirzəyevin həbs edildi

82

 

Tanınmış teleaparıcı İlham Mirzəyevin saxlanıldığı barədə redaksiyamıza məlumat daxil olub. Aparıcı ilə eyni binada yaşayan sakinlərdən daxil olan məlumata görə, bir neçə dəqiqə əvvəl polislər onu saxlayaraq aparıblar. Onu saxlayanların DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğu deyilir. Polisin İ.Mirzəyevi niyə narahat edə biləcəyi haqda hər hansı məlumat öyrənmək mümkün olmayıb. DİN mətbuat xidmətindən teleaparıcının saxlanmasından məlumatsız olduqlarını deyiblər

Tanınmış teleaparıcı İlham Mirzəyevin həbs edilməsi ilə bağlı mediada yayılan xəbər təsdiqləndi. Teleaparıcının yaxın qohumları bu məlumatı Publika.Az-a təsdiqləyiblər. Onların dediyinə görə, bu gün İ.Mirzəyev Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Hazırda onun sözügedən idarədə olduğu bildirilir.