İlham Zəkiyev avropa çempionu oldu

35

 

 

Macarıstanın Budapeşt şəhərində keçirilən cüdo üzrə Avropa çempionatından sevindirici xəbər gəlib.

Xalq.az-ın məlumatına görə, ağır çəkidə yarışan idmançımız İlham Zəkiyev qələbə qazanaraq 5 qat Avropa çempionu olub.
Xatırladaq ki, cüdoçu 100 və daha artıq çəkidə ikiqat paralimpiya (2004, 2008) ikiqat dünya (2007, 2010), və beşqat Avropa çempionudur (2005, 2007, 2009, 2011, 2013). 2012-ci ildə Londonda keçirilən Paralimpiya Oyunlarının bürünc medalçısı olub.
“Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatları laureatıdır.