Deputat: “İlk fürsətdə onları vətənə geri dönməsi təmin ediləcəkdir”

Mavritaniya İslam Respublikasında fəaliyyət göstərən, dənizçiləri işlə təmin edən xarici şirkət tərəfindən dəvət alan, lakin ciddi çətinliklərlə qarşılaşan Azərbaycan vətəndaşlarından ibarət dörd dənizçinin ölkəmizə qayıtması üçün görülən tədbirlər davam edir.

Bir müddət əvvəl Mavritaniya İslam Respublikasına əmək fəaliyyəti ilə bağlı yola düşən 4 Azərbaycan vətəndaşı gəmiçi müəyyən problemlərlə qarşılaşaraq girov olaraq saxlanılmışdır. Məsələ ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq müvafiq məsələ ilə bağlı Azərbaycan Respublikasının Mavritaniya İslam Respublikasında olan olan fövləqadə və səlahiyyətli səfiri Oktay Qurbanovla əlaqə saxlanılmışdır.

Operativ və dolğun formada bizi məsələ və dənizçilərimizin vəziyyəti ilə məlumatlandıran hörmətli səfir vətəndaşlarımızın qısa zaman ərzində çətinliklərinin həll edilməsi və ölkəyə qayıtması üçün lazımi tədbirlərin görüldüyünü qeyd etmişdir. Dənizçilərin problemlərinin həlli istiqamətində vacib addımlar atılaraq, onların hotel və digər xərcləri ödənilib, lazımi köməyin göstərilməsi təmin edilib. Azərbaycan Xarici İşlər Nazirliyi/Ministry of Foreign Affairs of Azerbaijan, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Agentliyi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq, onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədir.

Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya və Azərbaycanda xüsusi karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlı olması, gediş-gəlişin qadağan edilməsi səbəbindən dənizçilərin ölkəyə qayıtmasının mümkünsüzlyünü nəzərə alaraq, onların gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir.

Karantin rejimi bitdikdən sonra yaranan ilk fürsətdə dənizçilərin vətənə geri dönməsi təmin ediləcəkdir. Vətəndaşlarımızın problemlərinin operativ və peşəkar formada həll olunmasında səy göstərən diplomatik nümayəndəlik, dövlət qurumu və agentliyə öz təşəkkürümü bildirirəm.