İlk koronavirus vaksini bu ölkədə qeydiyyatdan keçdi

Rusiya Prezidenti Vladimir Putin ölkədə istehsal olunan koronavirus infeksiyasına qarşı vaksinin dünyada rəsmi olaraq qeydiyyatdan keçən ilk peyvənd olduğunu açıqlayıb.

XALQ.AZ xəbər verir ki, Putin bu barədə hökumət üzvləri ilə görüşdə açıqlama verib.

Onun sözlərinə görə, Rusiyada inkişaf etdirilən peyvənd həqiqətən effektiv təsir göstərir və stabil immunitet yaradır.

“Bildiyimə görə, bu səhər dünyada ilk dəfə olaraq koronavirus infeksiyası əleyhinə peyvənd qeydiyyatdan keçib”,- deyə Putin bildirib.