İlk zəngi nazir çaldı – dərslər başladı, – Video

Türkiyədə yeni tədris ili başlayıb.

XALQ.AZ xəbər verir ki, yeni dərs ilinin ilk zəngini Təhsil naziri Ziya Səlçuk çalıb.

“Bu gün çox xüsusi bir gündür. Dərs proqramımız hazırdır”,- deyə nazir jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, tədris ili distant təhsil modeli ilə başlayıb və dərslərin 18 sentyabra qədər onlayn təhsil platforması “TRT EBA TV” vasitəsilə aparılacağı bildirilib. 21 sentyabrdan etibarən isə məktəblərdə tədrisin tədricən bərpa olunması planlaşdırılır.

XALQ.AZ