İlkin Həsəni işdən çıxarılması haqqında xəbərlərə münasibət bildirdi

Televiziya aparıcısı İlkin Həsəni yazdığı statusa görə, ATV kanalından işdən çıxarılması haqqında məlumatlara münasibət bildirib.

XALQ.AZın məlumatına görə, aparıcı haqqında yazılanların həqiqəti əks etdirmədiyini bildirib.

“Dostlar salam, sosial şəbəkələrdə haqqımda yayılan məlumat həqiqəti əks etdirmir. Əziz jurnalistlər nəzərinizə çatdırım ki, mən 5 ilə yaxındır ki, ATV telekanalının əməkdaşı deyiləm. Öz ərizəmlə rəsmi olaraq işdən ayrılmışam, hal hazırda isə film, serial, reklam istehsal edən şirkət İLK Media-da direktor vəzifəsində çalışıram, müdirim də İlkin Həsənidir, yaxşı insandır, maaşı gecikdirmir”, – deyə aparıcı yarızaraft, yarı ciddi əlavə edib.