İllər sonra Hüseyn Dəryanın ifası üzə çıxdı-Video

Məşhur rejissor Kənan M.M dostu, məhrum reper Hüseyn Dəryanınn heç bir yerdə səslənməyən “Rep danışacaq” adlı mahnısını təqdim edib.
XALQ.AZ xəbər verir ki, Rejissor reperin işıq üzü görməyən treki ilə bağlı bunları vurğulayıb:
“Hüseyn Dəryanın heç bir yerdə olmayan mahnısı – “Rep danışacaq”. Bu repi 2 il saxladım və paylaşmaq qərarına gəldim ki, Hüseyn Dərya unudulmasın. Sanki Dərya aramızdadır və bizə yeni mahnısını təqdim edir”.
Xatırladaq ki, 2014-cü ilin mart ayının 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpılıb.
Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Orxan