İlqar Xəyal da boşandı

Müğənni İlqar Xəyal boşanıb.
XALQ.AZ xəbər verir ki, sənətçi uzun illərdir evli olduğu Sevda adlı xanımla rəsmi şəkildə ayrılıb.
Cütlüyün hansı səbəbdən boşanmağı isə məlum deyil.
Qeyd edək ki, müğənninin bu evlilikdən 3 oğlu var. Həyat yoldaşı Sevda bir vaxtlar İlqar Xəyalın pərəstişkarı olub.

Yeganə