İlyas İsmayılov vəfat etdi
Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib.
XALQ.AZ xəbər verir ki, bu barədə Teleqraf.az-a onun yaxınları məlumat verib.
Siyasətçi fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
İ.İsmayılovun səhhətində xeyli vaxtdır problemlər vardı. Partiya lideri insult keçirmiş, daha sonra komaya düşmüşdü. Onun böyrəkləri də funksiyasını itirmişdi.
***
Mərkəzi Klinik Xəstəxanadan saytımıza verilən məlumata görə, xəstə İlyas İsmayılov multiorqan çatışmazlığı səbəbilə vəfat edib.
Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.