İmam məsciddə 77 yaşlı kişini döydü (VİDEO)

Türkiyənin Yozqat şəhərində kənd imamı 77 yaşlı bir kişini məsciddə döyərək 2 dişini sındırıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə ötən gün Yozqat şəhərinin Sorgun rayonunda yerləşən Boğazcumafakılı kənd məscidində cümə namazı əsnasında baş verib.

Namaz vaxtı minbərə çıxan imam, “kimsə məndən rayon müftülüyünə şikayət edib, kişidirsə ayağa qalxsın” deyərək cübbəsini çıxarıb camaat içindəki özündən 50 yaş böyük Sabri İgid adlı şəxsi təmik-yumruqla döyməyə başlayıb.

Namaza gələnlər araya girərək 77 yaşlı kişini imamın əlindən alıb Sorgun Dövlət Xəstəxanasına aparıblar.

Sorgun Dövlət Xəstəxanasında müalicə alan Sabri İgid hadisəni bu cür izah edib:

“İmam minbərdə idi. Onu şikayət etdiklərini deyərkən mənə baxıb danışırdı. Mən də “Səni mən şikayət etmədim” dedim. Mənə “Kişisənsə çölə çıx” deyəndə, mən də ona “Bura məsciddir, meydan yeri deyil” dedim. Elə bu vaxt, minbərədn enib mənə hücum etdi və döyməyə başladı.”