İmamoğlu Azərbaycan xalqını təbrik etdi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

XALQ.AZ  xəbər verir ki, Ə.İmamoğlu fikirlərini “Twitter” hesabında paylaşıb:

“Azərbaycanın Müstəqillik Gününü ürəkdən təbrik edirəm. Dost və qardaş xalqımıza neçə-neçə müstəqil və azad illər diləyirəm”.

Qeyd edək ki, 18 oktyabr Azərbaycanda Dövlət Müstəqillik Günü kimi qeyd edilir.

Orxan