İmamoğluna siyasi qadağa
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində başladılan ekspertiza istintaqı tamamlanıb.
XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlunun “Məhkəmə məmuruna, ekspertə və ya şahidə təsir etməyə cəhd” maddəsi ilə 2 ildən 4 ilədək həbs cəzası və siyasi qadağa tələb edilib.
İttiham aktı hələ qəbul edilməsə də, məhkəmənin qiymətləndirmə mərhələsində olan iş üçün dinləmə tarixi təyin olunacaq.