İmicinə görə tənqid olundu VİDEO

XALQ,AZ xəbər verir ki, Müğənni Səidə Sultan görünüşündə dəyişiklik edib. Sənətçi saçlarını qaynaqla uzatdıraraq, onları çəhrayı rəngə boyatdırıb.

Səidənin yeni imici üzərində stilist Anar Ağakişiyev və onun komandası çalışıb. İfaçı yeni görünüşünü lentə alaraq, “İnstagram” səhifəsində paylaşıb. Onun bu paylaşımı uğurlu olmayıb. Belə ki, Səidənin yeni imici bir çox izləyiciləri tərəfindən bəyənilməyib.

Elgün