İmişlidə həkim rəzaləti

 

42

 

Aprelin 11-də İmişli Şəhər Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Verilən məlumata görə, İmişli rayon Cəbrayıl qəsəbəsi sakini Ramilə İbrahimova axşam saatlarında doğuş zamanı həkimin səhvi səbəbindən dünyasını dəyişib. Onunla birlikdə dünyaya gətirdiyi körpə də ölüb. Qəribə burasındadır ki, qadının ölümünə səbəb olduğu bildirilən həkim – ginekoloq Əzizə Məmmədovanın heç həkimlik diplomu yox imiş. Belə ki, Əzizə Məmmədovanın bir il öncə, dəfələrlə doğuş zamanı səhv etməsi səbəbindən məhkəmə qərarı ilə diplomu əlindən alınaraq, həkimlik fəaliyyətinə son qoyulub. Lakin həyat yoldaşı Kamil Kərimovun rayonda tanınmış biznesmen olması, qaynı, polis polkovnk-leytenantı Famil Kərimovun isə Abşeron rayon Polis İdarəsinin rəis müavini işləməsi, keçmiş həkim- ginekoloqun fəaliyyətini qeyri-qanuni olaraq davam etdirməsi ilə nəticələnib.

Baş vermiş ölüm hadisəsindən sonra, dünyasını dəyişmiş Ramilə İbrahimovanın qohumları xəstəxanaya hücum çəkiblər. Lakin diplomu ləğv olunmağına baxmayaraq, həkimlik fəaliyyəti göstərən Əzizə Məmmədova xəstəxanadan qaçıb.