İmişlidə qəzaya səbəb olan 17 yaşlı sürücü-Video
Xəbər verdiyimiz kimi, ötən gün İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqları vurub.
XALQ.AZ-ın məlumatına görə, YPX avtomobilinin qarşısına çıxan “Mercedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb.