İmişlinin icra başçısından şikayətlər səngimir

4

Rayonunun Qulubəyli, Cəfərli, Muradxanlı, Qaralar,və Oruclu kənd sakinlərini dinləyən yoxdur

 

İmişli sakinləri Xalq.az müraciət edərək şikayətləniblər. Belə ki, İmişli  rayonunda yarana problemlərin həlli istiqamətində heç bir addım atılmır.

Kəndlərdə yaşayanlar  sosial problemlərin həlli üçün İcra Hakimiyyətinin başçısı Vilyəm Hacıyevə müraciət etməklərinə baxmayaraq heç bir dəyişiklik olmadığını vurğulayırlar. Qulubəyli, Cəfərli, Muradxanlı, Qaralar,və Oruclukənd sakinlərinin sosial-iqtisadi problemləri uzun illərdir həll edilməz olub. Belə ki, Vilyəm Hacıyevə müraciət etməkdən daha beziblər. Acınacaqlı vəziyyətdə yaşayan kənd sakinləri  “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı bütün regionları əhatə etdiyi halda, İmişli  Rayon İcra Hakimiyyətinin başçısının  təşəbbüskarlığının olmaması səbəbindən bu kəndlərdən yan keçib.

 

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq