“İmkansız ailələrin yas mərasimlərinin təşkilini bələdiyyələr həyata keçirsin!”- Siyavuş Novruzovdan TƏKLİF

“Nazirlər Kabineti nümunəvi məzarlıq yaradacaq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarının olacağı gözlənilir”.

 

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.

O, əlavə edib ki, qəbirstanlıq məsələsi hər zaman cəmiyyəti narahat edib və bu gün də narahat edir:

“Nazirlər Kabineti bu problemi tənzimləmək üçün müvafiq addınlar atmağı planlaşdırır. Bununla bağlı xüsusi əsasnamə hazırlanmaqdadır. Hazırda insanlar özlərinə əvvəlcədən yer hazırlayırlar. Amma yeni əsasnaməyə görə insanlar əvvəlcədən məzar yeri tuta bilməyəcək. Yeni əsasnaməyə əsasən məzarlıqlarda ardıcıllıq prinsipi gözləniləcək.

Deputat təklif edib ki, imkansız ailələrin yas mərasimlərinin təşkililini bələdiyyələr həyata keçirsin:

“Qəbirüstü abidələrinin qurulmasını da bələdiyyə üzərinə götürməlidir”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.