İmkansız ailə, İqbal Məmmədova müraciət etdi, problemi həll olundu – FOTO

Lerik rayon sakini, Xəzər rayonunun Binə qəsəbəsi, Atçılıq sahəsində kirayədə yaşayan,  həyat yoldaşı və uşağı xəstə olan imkansız ailə, Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən yeganə namizədi İqbal Məmmədova müraciət etdi, problemi yerindəcə həll olundu. 

XALQ.AZ xəbər verir ki, Lerik rayonundan ehtiyac üzündən Bakı şəhərinin Binə qəsəbəsinə ailə üzvləri ilə köçüsb kirayədə yaşayan 5 nəfərdən ibarət ailə, hakim partiyanın namizədi İqbal Məmmədova sosial şəbəkə vasitəsilə müraciət edib. 

İqbal Məmmədov həmin ailə ilə şəxsən əlaqə saxladıqdan sonra, dərhal köməkçisini Bakı şəhərinə, ehtiyacı olan ailəyə baş çəkmək üçün göndərib. 

Bu gün deputatlığa namizəd İqbal Məmmədovun köməkçisi Nəriman Nərimanlı həmin ailəyə baş çəkdi. Ailənin yaşayış şəraiti ilə yaxından tanış olan Nəriman Nərimanlı, İqbal Məmmədovun ailəyə yaxından köməklik göstərəcəyini diqqətə çatdırıb. 

Görüş əsnasında  Nəriman Nərimanlı onu da qeyd edib ki, “İqbal Məmmədovun problemi olan ailələrdən məlumatı olduğu halda lazım olan tədbirləri görür.  Bu ailəyə də Qanun çərçivəsində  lazım olan bütün köməkliklər göstəriləcək”. 

Ehtiyacı olan ailə İqbal Məmmədova ilk dəfə müraciət etdiyini bildirərək, dərhal onunla əlaqə saxladığına və şəraiti ilə maraqlandığına görə  ailə üzvləri adından minnətdarlığını ifadə etdi.

UTVİNFO xəbər 

XALQ.AZ