İmtahanın nəticələri açıqlandı

Bu gün Bakı Dövlət və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin binalarında Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

XALQ.AZ-ın məlumatına görə, hazırda ölkəmizdə vəkillərə olan ehtiyacla bağlı 2016-cı ildə başlanan sənəd qəbulu nəticəsində 1966 nəfər hüquqşünas vəkil olmaq üçün öz namizədliyini irəli sürüb və 3 saat davam edən imtahanda bilavasitə 1873 nəfər iştirak edib, onlardan 607 nəfəri 60 və daha yüksək bal toplayıb ki, bu da 32,4 faiz təşkil edir.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.

Rəsul