İnam Kərimov görüş keçirib

Bolqarıstanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində bu ölkənin kənd təsərrüfatı, qida və meşə naziri Rumen Porojanovla ikitərəfli görüş keçirib.

XALQ.AZ xəbər verir ki, Rumen Porojanov Azərbaycan nümayəndə heyətini Bolqarıstanda görməkdən şad olduğunu bildirib. Bolqarıstanın kənd təsərrüfatı sektoru barədə geniş məlumat verən nazir, iki ölkə arasında aqrar sahədə əməkdaşlıqdan danışıb, bu istiqamətdə müsbət nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu deyib. Rumen Porojanov, həmçinin Avropa İttifaqında kənd təsərrüfatında baş verən yenilikləri diqqətə çatdırıb.

İnam Kərimov Azərbaycan ilə Bolqarıstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə işçi qrupun yaradılacağını diqqətə çatdıraraq, Azərbaycan tərəfindən işçi qrupun üzvlərinin müəyyənləşdiyini bildirib. Qeyd olunub ki, işçi qrupun gələcək fəaliyyəti hər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığını daha da gücləndirəcək.

 

 

Orxan