İnam Kərimovdan iki yeni təyinat

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub.

XALQ.AZ-ın məlumatına görə, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə görə, Rəşad Əzizov Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə, Emin Eyvazov isə Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, ötən ay İnam Kərimovun imzaladığı əmrə əsasən, Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

XALQ.AZ