İnam Kərimovun qəbul vaxtı dəyişdirilib

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimovun Yevlax rayonunda Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə nəzərdə tutlulan görüşününü tarixi dəyişdirilərək may ayının 23-nə keçirilib.

XALQ.AZ xəbər verir ki, Nazirlikdən  verilən xəbərə görə, görüşdə iştirak etmək istəyənlər Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

 

Orxan