İnsan dərisindən hazırlanan kitab

Kitab-1

3 ədəd kitabın cildinin insan dərisindən hazırlandığı məlum olub 

Dünyanın ən məşhur təhsil ocaqlarından biri olan Harvard Universitetinin kitabxanasından olduqca ilginc tapıntı üzə çıxıb.

Xalq.az xarici mətbuata istinadən xəbər verir ki, həmin tapıntılar 3 ədəd kitabdan ibarətdir.

Belə ki, tapılan kitablar əvvəlcə qəribə görünüşləri ilə diqqəti çəkib. Alimlər qəribə görüntüyə malik kitabları araşdırmaq qərarına gəliblər və məlum olub ki, onların cildləri insan dərisindən hazırlanıb. Kitabların birinin cildində isə hətta dərisi soyulmuş insanın qan ləkələri də qalıbmış.