İnsan genini dəyişən alimə cəza verildi

Çində insan embrionunun genini dəyişdirən həkimə üç il həbs cəzası verilib.

“Euronew”un xəbərinə görə, buna səbəb tədqiqatçının CCR5 geninə təsir göstərərək HİV-ə qarşı immuniteti olan geni dəyişdirilmiş əkizlərin yaranmasında iştirak etməsi olub.

Çin insan genləri sahəsində işləyən ən qabaqcıl ölkələrdən biridir.REKLAM

KİV-in məlumatına görə, 2015-ci ildən bəri ölkədə elm adamları HİV və xərçəng xəstəsi olan 86 nəfərin genini dəyişib.

Xatırladaq ki, Xe Jiankuyi 2018-ci ildə əkiz Lulu və Nananın genini dəyişdiyini açıqlayıb. Alimin bu açıqlaması ictimaiyyətin geniş tənqidinə səbəb olub.

Çin qanunlarında embrion genləri ilə işləməyin açıq şəkildə qadağan olunmamasına baxmayaraq, Milli Səhiyyə Komissiyası genetik test üçün araşdırmaya başlayıb.

Şençzen şəhər məhkəməsi Xe Jiankuyini üç il müddətinə azadlıqdan məhrum edib və 430 min dollar (731 min AZN) cərimələyib.