“İnter” yenə Zaqataladan 3 xalla dönür

Inter

 

Futbol üzrə Azərbaycan Çempionatında 21-ci turun oyunlarına start verilib. Xalq.az-ın məlumatına görə, turun açılış matçında bu gün “Simurq” Zaqatalada “İnter”i qonaq edib.

“Bankirlər” bu görüşdə özünü qonaq kimi aparmayıb və Zaqatalada 3 xal qazanıb. Bu qələbədən sonra “İnter” aktivində 36 xal var.

Qeyd edək ki, bu gün səhər saatlarından “Topaz” tərəfindən “Simurq” – “İnter” matçına pul qoyuluşu dayandırılmışdı. Etopaz.az saytında bu oyun proqramdan çıxarılıb.

Buna səbəb kimi, komandaların bir sponsor tərəfindən maliyyələşməsi və Zaqatal təmsilçisinin “İnter”ə həmişə xal verdiyi göstərilir.

21-ci tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.

14 fevral (cümə)

Premyer Liqa, 21-ci tur

Simurq” – “İnter” – 0:1
Qol: Dieqo Madriqal, 72 (0:1)