İntihar edərəm …..

 

6

 

Müğənni Xatirə İslam türkiyəli ifaçı Sibel Canın pərəstişkarı olduğunu etiraf edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Lider” telekanalında yayımlanan “Pərdə” verilişinə açıqlamasında Sibel Canla birlikdə oxumağın onun üçün böyük şərəf olacağını deyib. Bununla belə, Xatirə həmkarıyla şəkil çəkdirməyi özünə sığışdırmır:

“Sibel Canın pərəstişkarıyam, amma heç vaxt onunla şəkil çəkdirmərəm. İstər o olsun, istər başqası. Hətta Maykl Cekson da olsa, özümə sığışdırmaram deyəm ki, gəl şəkil çəkdirək. Birdən “yox” cavabı verər, gedib özümü öldürərəm. Bu, mənim xasiyyətimə uyğun deyil”.