İqbal Məmmədov daha 2 kənddə seçicilərlə görüşüb – FOTO

Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki dairəsindən deputatlığa namizədi İqbal Məmmədov təbliğat-təşviqat kampaniyasını davam etdirir.

İqbal Məmmədovun seçki qərargahından XALQ.AZ-a verilən məlumata görə, “Daha güclü Azərbaycan naminə!” devizi ilə aparılan  təbliğat-təşviqat kompaniyası, seçicilərilə görüşlər yüksək səviyyədə davam etdirilib:

“Nüvədi və Bürsülüm kənd inzibati ərazi dairələrində yaşayan seçicilərlə görüşlərimiz zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcə də rayonumuzda aparılan quruculuq-abadlıq işlərindən seçicilərə məlumat verdik.


Öz növbəsində çıxış edən seçicilər, kənd ağsaqqalları və ziyalılar cənab Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyəndiklərini, səsvermə günü namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədi dəstəkləyəcəklərini bildirdilər”.

XALQ.AZ