İqbal Məmmədov şəhid atasını ziyarət edib – FOTO

78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi İqbal Məmmədovun seçiciləri ilə görüşü davam edir.

XALQ.AZ xəbər verir ki, YAP-ın namizədi vurğulayıb ki, dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir:

“Bu gün Vıjaker kəndində şəhid Azad Gülağa oğlu Ramazanovun atasını ziyarət etdik. Şəhidimizin əziz xatirəsini ehtiramla andıq. Şəhid atası Gülağa əmi ilə səmimi söhbət etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”  – deyə İ.Məmmədov vurğulayıb.

XALQ.AZ