İqbal Məmmədov seçicilərlə növbəti görüşünü keçirdi – FOTO

78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi İqbal Məmmədovun seçiciləri ilə növbəti görüşünü keçirib.

XALQ xəbər verir ki,YAP-ın namizədi bu gün rayonun Monidigah və Çayrud inzibati ərazi vahidinin və ayrıca olaraq Rvarud kəndinin seçiciləri ilə görüş keçirib.

Görüşdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.

Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir:

“Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər”.

Daha sonra İqbal Məmmədov çıxışında Prezident İlham Əliyevin sədri olduğu YAP-ın namizədi olmağı ilə qürur hissi duyduğunu və eyni zamanda böyük məsuliyyət daşıdığını bildirib:

“Təbliğat-təşviqatla bağlı görüşlərimiz proqramımıza uyğun olaraq uğurla davam edir. Bu gün Yeni Azərbaycan Partiyasının təbliğat kompaniyası çərçivəsində rayonumuzun Monidigah və Çayrud kənd inzibati ərazi dairələrində, ayrıca olaraq Rvarud kəndində seçicilərlə növbəti görüşümüzü keçirtdik. Kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər tədbirimizdə yüksək fəallıqla iştirak etdilər. Görüşdə ötən 5 illik fəaliyyətimizi seçicilərimizlə müzakirə etdik, qarşıdakı illərdə dövlətimizin uğurla həyata keçirəcəyi sosial-iqtisadi islahatlardan bəhs etdik, seçicilərimizin arzu və istəklərini dinlədik”.

İ.Məmmədov bildirib ki, tədbirdə iştirak edən seçicilər birmənalı olaraq öz çıxışlarında Yeni Azərbaycan Partiyasının irəli sürdüyü “Daha Güclü Azərbaycan Naminə!”olan seçki platformasını bəyəndiklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini deyiblər.

XALQ.AZ