İrəvanda koronavirus aşkarlandı -Əhali təşvişdə -Foto

İrəvanda koronavirus infeksiyasına şübhəli bilinənlər barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 XALQ.AZ BAKUTIME.AZ-a istinadən məlumat verir ki, İrəvanda koronavirus infeksiyası şübhəsi ilə bağlı məlumatlar yayılıb.Koronavirus Taylanddan İrəvana gələn bir vətəndaşda aşkar edilmişdir. Ermənistan Səhiyyə Nazirliyi, xəstəxanaya yerləşdirilmiş vətəndaş Аrutyunyanda koronavirus infeksiyası olduğuna dair məlumatı təkzib edir.

Kütləvi informasiya vasitələrində bu barədə məlumat yaymaq qadağan edilib. Bu məlumatlara əlavə olaraq Artik şəhərində virus buzovlarda aşkar edilib. Lakin Ermənistan səhiyyə nazirliyi bu məlumatların yayılmasının qarşısını alır.