İradə ana olmağa hazırlaşır

 

66

 

Müğənni İradə İbrahimova ikinci dəfə ana olmaq istədiyini deyib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Onlar” verilişinə açıqlamasında söyləyib.

Həmkarı Natavan Həbibiyə xoşbəxtlik arzulayan İradə ona öz istəklərini çatdırıb:

“İnşallah, Natavan da mənim kimi oğullu və qızlı olar. İkinci övladım olmasını da istəyirəm. Hələ ki, oğlan yoxsa qız olacağını bilmirəm. İnşallah, oğlan olar. Çünki oğlum olmasını çox istəyirəm”.

Qeyd edək ki, İ.İbrahimova 2009-cu ildə türk vətəndaşı Ceyhun İzərlə ailə qurub və hazırda İstanbulda yaşayır. Cütlüyün İpək adlı qızı var.