İran Azərbaycana təşəkkür etdi

İran koronavirusla mübarizədə ölkəsinə yardım göstərdiyi üçün Azərbaycan da daxil olmaqla, bir neçə ölkəyə təşəkkür edib.

XALQ.AZ xəbər verir ki, bu barədə İranın Xaric İşlər Nazirliyinin sözçüsü Abbas Müsəvi Tvitter hesabında qeyd edib. O bildirib ki, İran xalqı və hökuməti bu çətin günlərdə köməyini əsirgəməyən dostlarını heç zaman unutmayacaq.

Nazirlik rəsmisi Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Qətər və Rusiyadan da yardım aldıqlarını bildirib.

Qeyd edək ki, Azərbaycan koronavirusla mübarizə üçün İrana 5 milyon dollar yardım edib.