İran deputatları Bakıya gəlir

 

 

 

 

05

Xalq.az Trend-ə  istinadən xəbər verir ki ,İran Parlamentinin deputatları Azərbaycana səfərə gəlirlər

İran İslam Şurası Məclisinin (Parlamentinin) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri Cavad Cahangirzadə, Əhməd Şuhani və İbrahim Ağaməhəmmədi sentyabrın 23-də Azərbaycana səfər edəcəklər.

Bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni bazar günü deyib.
Hüseyninin sözlərinə görə, Parlamentin nümayəndələri Azərbaycanda həmkarları ilə görüşəcək və iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələsini müzakirə edəcəklər.

O, deyib ki, iranlı nümayəndələr Parlamentin spikeri Əli Laricaninin xüsusi mesajını Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədova çatdıracaqlar.

Hüseyni həmçinin, qeyd edib ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri sentyabrın 25-də Azərbaycandan Gürcüstana səfər edəcəklər.
Onların Gürcüstanda da bir sıra görüşlər keçirmələri nəzərdə tutulub.