İran milli valyutasını denominasiya edir

İranın milli valyutasi olan rialdan 4 sıfırın silinməsi (denominasiya) ilə bağlı qanun layihəsinin bu ölkənin Nazirlər Kabineti təsdiq edib.

XALQ.AZ xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Ali Rebii mətbuata açıqlamasında deyib.

İran Mərkəzi Bankının sədri Abdunnasir Himmeti isə bundan öncə açıqlamasında rialdakı 4 sıfırın silinməsi ilə bağlı hökumətə təklif göndərdiklərini bildirmişdi.

A.Hümmətinin sosial media üzərindən yaydığı məlumata görə, hökumətin bu qərarı qəbulundan sonra 10 min rial 1 tümənə bərabər olacaq və 1 tümən isə yeni çıxacaq 100 riallıq əskinasla bərabərləşəcəyini deyib.

 

Orxan