İran ölkənin sərhədini pozan Ermənistan PUA-nı vurdu

Rusiya mətbuatında verilən məlumata görə, İran, ölkənin sərhədini pozan bir erməni pilotsuz təyyarəsini məhv etdi.

XALQ.AZ məlumat verir ki, İran hərbçilərinin ilk dəfə olaraq Ermənistana məxsus bir pilotsuz təyyarəyə hücum etdiyi bildirilir.

Pilotsuz uçuş aparatı Azərbaycan-İran sərhədi ərazisində, Ərdəbil vilayətinin ərazisində məhv edilib.

Vurulan pilotsuz təyyarənin tipi hələ araşdırılmayıb, lakin, çox güman ki, kəşfiyyat aparılması üçün və artilleriya ilə zərbələr üçün istifadə edilib.